SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Üçtərəfli bəyanatın imzalanmasından 4 il keçdi

Üçtərəfli bəyanatın imzalanmasından 4 il keçdi

Tarix:

8-11-2024, 11:31

/ 159 dəfə oxundu.
Üçtərəfli bəyanatın imzalanmasından 4 il keçdi

 
Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixliüçtərəfli bəyanatın imzalanmasından artıq 4 il ötür. Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam etmiş işğalına məhz bu bəyanatla son qoyulub.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından bu yana müharibə nəticəsində üzləşdiyi dağıntıları aradan qaldırmaqla məşğuldur: azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı planlar, son 30 ildə məcburi köçkün həyatı yaşayan azərbaycanlıların doğma evlərinə qaytarılmasına yardım və s.Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə ciddi nəticələr əldə edib.
İlkin mərhələdə Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırmışdı və qısa müddət ərzində işğaldan azad olunmuş şəhərlər və qəsəbələrdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur.Azad edilmiş rayonlarda böyük ərazilərdə  minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər davam edir. 
Gələcəkdə isə bu ərazilərdə bərpa quruculuq işlərinin daha geniş vüsət almasının şahidi olacağaqıq. Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
Ərazilərin bərpası istiqamətində görülən iri miqyaslı işlər çərçivəsində çərçivəsində Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi böyük şirkətlər arasında aparılmış ciddi danışıqlardan sonra yaşıl enerjiyə əsaslanan işlərə də start verilib. Beləliklə, azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə çalışacaq, günəş erejisinin istehsalı ilə məşğul olacaq elektrik stansiyaları qurulur. Artıq bir sıra strateji yolların tikintisi başa çatmaq üzrədir. Füzuli və Zəngilan aeroportlarıunun açılışı keçirilib, daha 1 aeroportun tikintisi həyata keçirilir. Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirililərək əlavə 150 ev inşa edilib.  Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Məcburi köçkünlərin regiona qayıtmasını asanlaşdırmaq məqsədilə infrastrukturun bərpası aparılır.Azad edilən şəhərlərimizin bərpası ilə bağlı onların Baş planların təsdiq edilib və artıq bir neçə Baş planın təqdimatı keçirilib. 
Azad olunmuş ərazilərdə bərpa prosesi fonunda 169 yaşayış məntəqəsində 13 mindən çox tikili və 1500 kilometrdən çox avtomobil yolu ilə bağlı inventarizasiya işləri aparılıb. Burada 406 yaşayış məntəqəsi Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib.
2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində təxminən 30 ildən sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirilib.
Bir sözlə, dağıdılmış ərazilərdə işlərin miqyasını nəzərə alsaq, Azərbaycan dövlətinin möhtəşəm silsilə işlər apardığını söyləyə bilərik. 
 
 
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
 Vətən müharibəsi qazisi
 

Şərhlər

XƏBƏR LENTİ