SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

Tarix:

5-11-2024, 16:11

/ 158 dəfə oxundu.
“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

Sumqayıt şəhər sakini Muradova Sevinc Adil qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Səid Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbində baş verən özbaşınalığa etiraz edir:
“Mən, Muradova Sevinc Adil qızı, yazaraq təəssüflə bildirirəm ki, bizim məktəbdə özbaşınalıq baş alıb gedir. Bilmirik, dərdimizi kimə deyək?!
Məlumat üçün bildirim ki, 40 ilin müəllimiyəm. Öz dərs saatımı müvəqqəti müdirimiz Vaqif Süleymanovdan ala bilmirəm. O, məktəbimizin kasıb, başsız, evsiz olan müəllimlərinin dərs saatını alaraq, heç bir nailiyyəti olmayan, layiqincə işləməyən müəllimlərə paylayıb.
Vaqif Süleymanov ona müraciət edən müəllimləri öz otağından çıxarır və onlara "bir də mənim kabinetimə girmə" deyir.
Bütün müəllimlər müvəqqəti müdirdən narazıdır. Mənim də dərslərimi əlimdən alıb, ixtisasına uyğun olmayan müəllimə verib. İşini layiqincə görməyən müəllimlərə 30-32 dərs saatı verilib. Öz peşəsinə canını verən, bütün tədbirlərdə işləyən müəllimlərə isə qiymət verilmir.
Mən kəsilən iş saatımı Vaqif müəllimdən istəyəndə, o, məni kollektiv yanında ələ saldı. Belə ki, bu zaman qol saatını çıxarıb stola atdı və “saat istiyirsənsə, götür”, - dedi. Biz nə vaxta kimi belə təhqirlərə dözəcəyik?
Qeyd edim ki, Vaqif müəllim 2 musiqi məktəbini - 3 saylı və 5 saylı məktəbləri idarə edir. Hazırda 67 yaşı var. O, dərsləri ancaq tapşırılan şəxslərə və yaxud da öz yaxın dost-tanışına verir. Müəllimələrdən biri - Nailə müəllimənin oğlu veterandır, hazırda da xəstədir. Vaqif müəllim onun belə, müraciətini, xahişini qəbul etmir. Müəlliməyə bildirib ki, oğlun veterandır, şəhid deyil ki. Gedib işləsin. 
Amma düşünmür ki, biz həmin oğulların sayəsində sağıq, vətənimiz həmin oğulların sayəsində azaddır. Vaqif müəllimin nəvəsi isə 100 min manatlıq maşın sürür.
Sumqayıt Mədəniyyət Şöbəsinin müdir müavini Həsrət  müəllimə şikayətimizi bildirmişik, lakin heç bir nəticə yoxdur. Mən, sizin sayt vasitəsilə həmin məktəbdə əzilən, haqqı tapdalanan müəllimlərin adından Təhsil Nazirliyindən xahiş edirəm ki, bizi bu əzazil adamın cəngindən xilas edin”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ