"Niyə vətəndaş əziyyət çəkməlidir?" - ETİRAZ VAR...
"Son günlər "Rabitəbank Bank"ın kartlarında əməliyyat (milli ön, E-manatlardan və ya cart to cartla mədaxil və ya məxaric) edərkən, saatlarla - hətta 1-2 sutkalıq gecikmələr yaranır..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində Bakı sakini Elvin Ağayev qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "Banka zəng edirsən, operatorlar "üzr istəyirik, əməliyyatlarda texniki problemlər var" deməklə yola verirlər... Bu texniki problemlər dəfələrlə baş verir axı...
"Rabitə Bank", sizin sistemlərdə yaranan problemlərə görə biz niyə əziyyət çəkməliyik?
Bəlkə birinin son ümid puludur?
Bəlkə biri vacib nəsə ödəniş etməlidir?
Bəlkə, ümumiyyətlə, birinin son puludur?
Niyə vətəndaş əziyyət çəkməlidir?"
DİA-AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək