Astan Şahverdiyevə sabiq həmkarından ağır sözlər: - “Simasızlığın, şərəfsizliyin, yaltaqlığın...”
DİN-in “Gelandewagen”lə törədilən qəza ilə bağlı açıqlamasına rəğmən, millət vəkili Astan Şahverdiyevin “Nail Allahverdiyev hadisə zamanı evdə olub” sözləri sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.
Bir müddət əvvəl Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına “otxod” sözünü işlədən deputatın ünvanına sərt sözlər isə sabiq həmkarından gəlib.
Keçmiş millət vəkili Etibar Hüseynov Şahverdiyevi “yaş yuyub, quru sərib”.
Həmin statusu olduğu kimi təqdim edirik: “
Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.
Yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək