“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Naxçıvan şəhərinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarınını açıqlanmasını istəməyən şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Sizdən xahiş edirik ki, şikayətimizi işıqlandırasınız, bəlkə səlahiyyətli qurumlardan səsimizə səs verən olar.
Şikayətimiz Naxçıvan Şəhər Qaz İstismar İdarəsindəndir. Bu idarədə bizim haqqımızı yeyirlər. Məsələn, bizə il ərzində 3 dəfə “bayram pulu” verirdilər, kəsdilər, artıq vermirlər.
Dövlət idarələri hər məktəbə gedən uşaq üçün pul ayırırdı. Qaz idarəsinin müdiri öz istədiyi adama pul yazdı, bizlərə yazmadı.
Bir sözlə, bizim idarədə özbaşınalıq baş alıb gedir.
Onu da qeyd edək ki, rəhbərliyin bizi görməyə gözü yoxdur. Belə ki, müdir bizi görməsin deyə, o gəlib-gedəndə hamımızı kənar bir yerə yığırlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...