SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...

“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...

Tarix:

25-10-2024, 10:58

/ 531 dəfə oxundu.
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...

“Azərbaycan Dəmir Yolları” QSC-də yeni ixtisar dalğası gözlənilir. Bu barədə "DİA-AZ"a sözügedən qurumda çalışanlar xəbər verib. Onların bildirdiyinə görə, artıq 100-dən artıq ADY əməkdaşına qabaqcadan ixtisara düşəcəkləri haqda xəbərdarlıq edilib.

Belə bir xəbərdarlıq xarakterli bildirişin konkret olaraq neçə nəfərə gəldiyi məlum olmasa da, görünəni odur ki, Cavid Qurbanovdan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər sükanı arxasına keçən Rövşən Rüstəmov əslində neçə müddətdir həyata keçirməkdə olduğu İXTİSAR PLANINI icra etməkdə israrlıdır. Bu isə neçə-neçə ailənin sosial durumunun pisləşməsinə gətirib çıxaracaq. Onsuz da son dönəmlərdə rifa halı yetərincə aşağı düşən işsizlər ordusunun sıraları genişlənmiş olacaq.

"DİA-AZ" qeyd edir ki, bu arada 2024-cü ilin 3-cü rübünə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) işçi sayı açıqlanıb. Rəqəmlərdən aydın olur ki, 2024-cü ilin 3-cü rübünə qurumun işçi sayı 4 849 nəfər olub ki, bu da illik müqayisədə 47 nəfərin azalması deməkdir. Ötən ilin eyni aylarında işçi sayı 4 896 nəfər idi.

Bu ilin 1-ci rübünə “Azərbaycan Dəmir Yolları” QSC-nin işçilərinin sayı 4 838 nəfər, 2-ci rübünə isə 4 798 nəfər təşkil edib. Yəni Rövşən müəllim xitisar siyasətini keçən ildən etibarən həyata keçirməkdədir...("DİA-AZ")

Şərhlər

XƏBƏR LENTİ