Naxçıvanda erkən nikahın qarşısı alındı
Naxçıvan Muxtar respublikasının (MR) Şərur rayonunda erkən nikaha cəhd edilib.
Bu barədə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Şərur rayon Yuxarı Aralıq kənd sakini 2 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel 1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib.
Həmin məlumat əsasında 2024-cü il 7 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb. (Nuhçıxan)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək