"Bakıxanov-Çörək" zavodu direktoru əcnəbiləri qanunsuz işlədir…..
Bakının əsas çörək zavodlarından olan "Bakıxanov-Çörək" ASC ilə bağlı cərimə protokolu tərtib edilib.
Çörək zavodu ilə bağlı aparılan araşdırma zamanı müəssisənin bəzi nöqsanlara yol verdiyi məlum olub. Belə ki, çörək zavodunun İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 578.1-ci maddəsini pozduğu müəyyən edilib. Tələbi pozulan maddəyə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
"Bakıxanov-Çörək"lə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Anar Rzayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, "Bakıxanov-Çörək" zavodunun ("Sərham" MMC) direktoru Hicri Nəbiyev Rasim oğludur. Zavodun bundan əvvəlki direktoru isə Rasim Nəbiyev Cəfər oğlu idi. MMC 2008-ci ildə təsis edilib. Nizamnamə kapitalı cəmi 20 manatdır.
Qarşı tərəfi dinləməyə hazırıq.
XALQ.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...