Sabah 70 minə yaxın ev qazsız qalacaq - Rəsmi
Sabah Sumqayıtda 69 500 abonentin qaz təchizatı məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazın verilişin dayandırılmasına səbəb Sumqayıt şəhərinin Qurddərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır. vakansiyalar
Həmçinin Saray körpüsü ətrafında yeni çəkilmiş PE250mm-lik (Şəhər-4) yeraltı polietilen orta təzyiqli və Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində pilot layihəyə əsasən yeni çəkilmiş PE160mm-lik (Şəhər-1) yeraltı polietilen orta təzyiqli qaz xətlərinin mənbəyə qoşulmasıdır.
Bununla əlaqədar olaraq oktyabrın 2-də saat 09:30-dan işlər tamamlanana qədər, qaz xəttinə verilən təbii qaz təchizatının daxildən dayandırılması zamanı, uyğun olaraq Sumqayıt şəhəri Təzə, Köhnə Corat, Novruz qəsəbələri, Saray, Qurddərəsi, Novxanı bağları, 11 (1 hissə), 12 (1 hissə), 13, 17, 18 (1 hissə), 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 51, 52, 53-cü məhəllələrdə yaşayan abonentlərin (36 min abonent) və Sumqayıt şəhəri 1, 2, 3, 4, 5, 7-8-12, 15, 16, 17, 18, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr və 1, 2, 5, 6-ci mikrorayonlarda yaşayan abonentlərin (33 500 abonent) məhdudiyyətlərin yaranacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...