ETSN rəhbəri postunda DƏYİŞİKLİK... GÖZLƏNİLİR!
Hökumətin əsas simalarından biri - Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək.
Yenisabah.az hökumətdə Əli Əhmədovu əvəzləyəcək şəxsin kimliyini öyrənə bilib. Əldə etdiyimiz xəbərə görə, növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Baş nazirin müavini postuna yeni təyinat olacaq. Hazırda bu vəzifəni tutmağa ən şanslı namizəd Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sayılır. Hökumətin ən nüfuzlu üzvlərindən biri olan Babayevin hakimiyyət iyerarxiyasında daha da yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Muxtar Babayevi əvəzləyəcək şəxsin kimliyi də məlumdur. İddialara görə, onu birinci müavini Rəşad İsmayılov əvəzləyəcək. vakansiyalar
Xatırladaq ki, Rəşad İsmayılov ixtisasca hüquqşünasdır. O, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...