Nazir: Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik
Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik.
Bunu bu gün keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, xaricdə yaşayan azərbaycanlı alimlərin təcrübəsi ilə yerli elm və təhsilin əlaqələndirilməsi olduqca vacibdir:
"Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunum obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Biz elm deyəndə nə nəzərdə tuturuq. Kifayət qədər ictimai məsələlər var. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik".
O əlavə edib ki, hazırda elmin inkişafı üzrə dövlət proqramı üzərində iş aparılır:
"Burada əsas məqsəd həm xaricə yaşayan azərbaycanlı alimlərin, həm də digər tədqiqatçıların təcrübəsini Azərbaycan elminə inteqrasiya etməkdir"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...