SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cəbrayıl Xanlarov Abşeronda səs-küyə səbəb olub:“Keyfiyyətsiz binalara istifadə icazəsi verir”

Cəbrayıl Xanlarov Abşeronda səs-küyə səbəb olub:“Keyfiyyətsiz binalara istifadə icazəsi verir”

Tarix:

7-09-2024, 11:12

/ 227 dəfə oxundu.
Cəbrayıl Xanlarov Abşeronda səs-küyə səbəb olub:“Keyfiyyətsiz binalara istifadə icazəsi verir”

“Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov son iki ildə Abşeronda sözün həqiqi mənasında “beton cəhənnəmi” yaradıb”.
Bu sözlər Abeşron sakini Sabir Məmmədov tərəfindən redaksiyamıza ünvanladığı məktubdandır.
Onun sözlərinə görə, sözügedən məmur Abşeron rayonunu özü boyda tikinti meydançasına çevirib. “Mərtəbə və mənzil sayından asılı olaraq, hər bina üçün iş adamlarından 200-600 min manat məbləğində rüşvət alan bu şəxs, tikintidə təhlükəsizlik məsələsinə də ancaq dollar prizmasından yanaşır. Yəni tikinti üçün Cəbrayıl Xanlarovun cibini dolduran şəxs bununla tikintidə təhlükəsizlik problemini də həll etmiş olur. Əmin olur ki, daha onun inşa etdiyi binanın təhlükəsizlik şərtlərinə nə dərəcədə cavab verdiyini kimsə araşdırmayacaq”.
Sabir Məmmədovun iddiasına görə, Cəbrayıl Xanlarovun pula olan sevgisi sayəsində Masazır və Xırdalanda bir-birindən keyfiyyətsiz binaların sayı sürətlə artır. “Tikinti normalarına cavab verməyən bu binalar Abşeronun görüntüsünə xələl gətirməklə yanaşı, vətəndaşların həyatı üçün də real təhlükə yaradır”.
Abşeron sakini məktubunda qeyd edir ki, Cəbrayıl Xanlarov öz hərəkətlərini FHN başçısı Kəmaləddin Heydərovun adından istifadə etməklə əsaslandırır. “O, tikinti icazələrinin məhz fövqəlnazir tərəfindən verildiyini bildirərək, qiymətlərin də məhz onun tərəfindən müəyyən edildiyini vurğulayır. Cəbrayıl Xanlarov bu yolla istənilən tikinti icazəsinin vaxtını aylarla uzada, bu yolla qiyməti bir neçə dəfə artıra bilir ki, bu da agentlik rəisinə böyük vəsaitlər qazandırır. Bununla da nazir Kəmaləddin Heydərovun adını da işin içinə qatır”.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
P.S. Yazıda qeyd edilən fikirlərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Həmin fikirlərə görə, redaksiya məsuliyyət daşımır.(tribunainfo.az)

Şərhlər

XƏBƏR LENTİ