Bakıda qadın sürücüdən iddia: "Yol polisi mənə "podxod" elədi, nömrəsini vermək istədi"
Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.
Adını açıqlamayan sürücü iddia edir ki, 10-P-048 dövlət nömrə nişanlı YPX-yə məxsus motosikletin sahibi, yol polisi ona əxlaqsız təklif edib.
Xanım sürücü iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.
Öz adını açıqlamayan, üzünü göstərməyən qadın sürücünün bu iddiası birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri videonun şərh bölməsində qeyd edirlər ki, sürücü DYP əməkdaşına şər atır. Buna səbəb isə qadın sürücünün DYP əməkdaşının qayda pozuntusuna görə ona yazdığı cərimədən yayınmaq istəməsidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək