Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cənabına
T Ə Ş Ə K K Ü R M Ə K T U B U
Cənab Nazir!
Yazıb Sizə bildirirəm ki, 03 avqust 2024-cü il tarixdə saat təqribən 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D”- massivi ərazisində oğlum Mirabbas Əzizova qarşı üç nəfər şəxs quldurluq hərəkətlərinə qol qoyurlar və həmin şəxslər oğluma məxsus mobil telefonu onun əlindən alırlar. Baş verən olayla bağlı dərhal DİN-nin 102 “Qaynar xətt” xidmətinə məlumat verdim və bu yöndə etdiyim telefon zəngindən sonra, oğlumun üzüzə qaldığı problemin araşdırılması Suraxanı RPİ-nin 33-cü polis bölməsinə yönləndildi. Çox keçmədi ki, problemin həlli ilə bağlı 33-cü polis bölməsinin rəisi cənab Elnur Əzizov, baş əməliyat müvəkkili Ülvi Quliyev və əməliyat müvəkkili Emin Novruzov dərhal əməliyyat qruppası yaratdılar və həmin gün də quldurluq hərəkətlərinə qol qoyan şəxslər yaxalanaraq məsuliyyətə cəlb olundular. Söz yox ki, bu həm bir valideyin olaraq, həm də Xeberxetti.az saytının baş redaktoru olaraq məni çox sevindirdi. Bəli, mən Azərbaycan polisinin qüdrətinə, inadkarlığına, operativliyinə olduqca inanırdım. Çünki, hal-hazırda Azərbaycan polisinə böyük həyat təcrübəsinə və çevik idarəçilik bacarığına malik olan bir şəxs, yəni Siz rəhbərlik edirsiniz. Ona görə də belə bir nəticələri əldə etmək mümkün olur.Cənab Nazir!
Bütün bunları əsas tutaraq, oğlum Mirabbas Əzizova qarşı quldurluq edən şəxslərə qarşı operativ tədbirlər həyata keçirib, hər üç şəxsin saxlanılmasına və məsuliyyətə cəlb etdiklərinə görə, başda Siz olmaqla Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi cənab Elnur Əzizova, baş əməliyat müvəkkili Ülvi Quliyevə və əməliyat müvəkkili Emin Novruzova həmçinin 33 cü polis bölməsinin bütün əməkdaşlarına dərin təşəkkürümü çatdırmağı, həm KİV nümayəndəsi olaraq, həm də bir vətəndaş olaraq özüm üçün borc bilirəm. Allah Azərbaycan polisini qorusun! Yaşasın Azərbaycan polisi!
Sizə öncədən təşəkkürümü bildirirəm.
Baş redaktor:
Mirəziz Əzizov XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...