Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
Qaxda “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkarlanıb.
Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib.
Həmçinin anbar sahəsində temperatur və rütubətin nəzarətdə saxlanılmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istehsalat sahəsində səthlərin gigiyenik və yuyulabilən üzlüklə üzlənmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı və xüsusi geyim formasından (bone, əlcək və s.) istifadə etmədən çalışdıqları, məhsulların dövri olaraq laborator müayinələrə cəlb edilmədiyi aşkarlanıb.
Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.
Həmçinin müəssisədə süzülmüş pasterizə edilməmiş pivədən nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...