XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Erməni öldü, azərbaycanlı ağladı (FOTO)

Erməni öldü, azərbaycanlı ağladı (FOTO)

Erməni öldü, azərbaycanlı ağladı (FOTO)
1-08-2017, 14:36

Bir neçə saat öncə Tiflisdən Moskvaya uçan təyyarə Rostova təcili eniş etməli olub.

xalqxeber.az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin uçuş zamanı dünyasını dəyişməsi olub. Bu barədə Anar Almadatov adlı Facebook istifadəçisi özünün profilində yazıb. O bildirib ki, ölən erməni onunla yanaşı oturubmuş.

Hadisənin davamı A.Almadatovun dilindən: "Tiflis Moskva səfəri... Rostova təcili eniş... Səbəb bir erməni sərnişinin təyyarədə qəfil ölümü... Yanımda oturmuşdu... Erməni sərnişinin ölməməsi üçün əlimdən gələni etdim... 10 yaşında oğlunun və xanımının gözləri önündə öldü... Həyata və işə aid bütün iştahım söndü... İlk dəfə qollarım üstə bir insan öldü... Qədərimdə erməni üçün göz yaşı tökmək varmış... Uşağının çığırtısı getmir qulağımdan..."

Erməninin kimliyi və başqa təfsilatlar barədə xəbər verilmir.
Erməni öldü, azərbaycanlı ağladı (FOTO)
Erməni öldü, azərbaycanlı ağladı (FOTO)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.