“Kənddə özüm hazırlaşıb, 662 bal yığmışam” - Pul olmadığı üçün oxumaqdan imtina etdiyi deyilən Aytən
Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin repetitor yanına getmədən yüksək bal topladığı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçdiyi, lakin imkansızlıq ucbatından Bakıya gəlib, təhsil ala bilmədiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığından, o, universitetdə oxumaqdan imtina edib.
Əməkdaşımız sözügedən abituriyentin kimliyini araşdırıb. Məlum olub ki, təhsildən məcburən imtina etdiyi bildirilən abituriyent rayonun İmadəddin Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Şirinova Aytən Şirin qızıdır. O, imtahanlardan 662 bal toplayıb.
Aytən Şirinova BakuPost.az-a açıqlamasında bildirib ki, imkansızlıq ucbatından oxumaqdan imtina etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Zərdab rayonunun Lələağacı kəndindənəm. Ali məktəblərə qəbul imtahanına özüm evdə hazırlaşmışam. Heç bir müəllim hazırlaşdırmayıb.
3-cü qrupa imtahan vermişdim. İxtisas olaraq Hüquq fakültəsini seçəcəyəm. Keçid balım da düşür.
Düzdür, o qədər imkanlı ailə deyilik. Amma kiminsə köməyin ehtiyacımız yoxdur. Gələcəyəm, oxuyacağam”.
BakuPost.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək