SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür

Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür

Tarix:

14-06-2024, 14:11

/ 311 dəfə oxundu.
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında 2021-ci il iyun ayının 15-də Şuşa şəhərində müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Həmin tarixdən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdilər. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri  hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Bu Bəyannamə ilə Türkiyə ilə Azərbaycan arasında yeni münasibətlərin başlanğıcı qoyuldu. 

Cənab İlham Əliyev vurğuladı ki, 20-ci əsrin əvvəllərində Türk xalqının böyük lideri Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir. Ümummilli Liderimiz Heydər Əliyev də 20-ci əsrin sonunda Azərbaycan müstəqilliyini yenidən təkrar qazananda “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” demişdir.

Buradan Azərbaycanın və Türkiyənin prezidentləri daha bir mesaj verdilər: “Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür”.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Bəyannamədə deyilir: “Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidə baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda  ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.

Bəyannamənin imzalanmasından sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  və Türkiyə Respublikakının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. 

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. 

Rəhman Mehdiyev 
Abşeron rayon sakini, şəhid Rəşad Mehdiyevin atası

Şərhlər

XƏBƏR LENTİ