Məşhur aktyor səhnədə yıxıldı - Xəstəxanalıq oldu
Britaniyalı aktyor İan MakKellen xəstəxanaya yerləşdirilib.
Aktyor Londonun mərkəzi teatrında tamaşa zamanı səhnədən yıxıldıqdan sonra xəstəxanaya aparılıb.
Hadisə şahidlərinin telekanala verdiyi məlumata görə, 85 yaşlı sənətçi böyük hündürlükdən tamaşa zalına yıxılıb.
Aktyoru zaldan xərəklə aparıblar. Tamaşaçılardan teatrın binasını tərk etmələri istənilib və biletlərin pulunu qaytaracaqlarına söz verilib.
Qeyd edək ki, aktyor “X adamlar” film seriyasındakı mutant Maqneto rolu, eləcə də “Üzüklərin əfəndisi”və “Hobbit” film trilogiyalarında sehrbaz Qandalf rolu ilə sevilib.
Britaniya mətbuatı onu Britaniya teatr səhnəsinin aparıcı aktyorlarından biri və Şekspir repertuarının ustası adlandırır. O, həyatı boyu 70-dən çox teatr tamaşasında və 60 filmdə rol alıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...