SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » `Azəriqaz`da KÜTLƏVİ İŞDƏNÇIXARMA - "Heç bir xəbərdarlıq edilmədən işdən azad edirlər..."

`Azəriqaz`da KÜTLƏVİ İŞDƏNÇIXARMA - "Heç bir xəbərdarlıq edilmədən işdən azad edirlər..."

Tarix:

13-06-2024, 15:38

/ 216 dəfə oxundu.
`Azəriqaz`da KÜTLƏVİ İŞDƏNÇIXARMA - "Heç bir xəbərdarlıq edilmədən işdən azad edirlər..."

"SOCAR "Azəriqaz" İB müvafiq səlahiyyətli şəxslər! Ölkədə işsizliyin artmasına rəvac verən hansı qurumdur? Məqsəd? Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Azəriqaz İB Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində çalışan (ictimai işlər üzrə) işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar. Proses başqa idarələrdə davam edir..." Dia-az.İnfo xəbər verir ki, bu həyəcanlı müraciəti edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı xitab etdiyi qurumlara qanunvericiliyin tələblərini də xatırladıb.
Hüquq müdafiəçisi bildirib: "Əmək Məcələləsi Maddə 45. 4. -də yazılıb ki:
Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Bu halda:
- Hansı qanunu əsas götürərək işə qəbul etdiyiniz insanlarla bir aylıq Əmək Müqaviləsi bağlamısınız? ARƏM maddə 47-ni ?
Heç bir şəxs, heç vaxt işəgötürəndən xahiş etməz ki və etmir də ( bu halda da olunmayıb),onunla bağlanmış Əmək Müqaviləsi müvəqqəti olsun. Qətiyyən ! Bu illər öncə .SOCAR rəhbərliyinin reallaşdırdığı ,işçi hüquqlarını kütləvi surətdə posan bir siyasət olub və hazırki rəhbərlik də bu siyasətdən istifadə edir.Ona görə ki, bu,"arzuolunmaz" işçini tutduğu vəzifəsindən kənarlaşdırmaq üçün ən asan yoldur.
- İşçilərin uzun müddət (Hər ay Müqavilə vaxtı uzadılmaqla, 8 ildən yuxarı) bu vəzifələrdə çalışması onu sübut edir ki,bu vəzifə daimi xarakterli olub. Bu halda işçilərlə bağlanmış Əmək Müqaviləsi niyə müvəqqəti olsun ki??? Və niyə 5 ildən sonra bu Müqavilələr daimi xarakterə malik olmayıb? Bunu qanunumuz tələb edir..."

Dia-az.İnfo qeyd edir ki, daha sonra "Kütləvi surətdə işdən azad edib ailəsini çörəksiz qoyduğunuz insanlar bizdən kömək istəyirlər" deyən M.Qəhrəmanlı problemin həllində imkanlarının geniş olmadıqlarına işarə edib: "Amma kömək edə bilmirik. Sizin bu insanlarla qeyri-qanuni bağladığınız müvəqqəti Əmək Müqavilələri buna mane olur. Proses isə davam edir. Təəssüf!.."

***
Bu məsələ ilə bağlı müraciət edən Ağayev Föhran bildirir:
"9 ildir Biləsuvar rayonunda Qaz idarəsində müqavilə ilə isləyirdim. 12 iyunda getdim... qoymadılar qol çəkməyə. Dedilər, sizin işə xitam verilib. Mənim işimdə narazılıq olmayıb. Rəhbər heyəti də narahatdir ki, sizi niyə çıxarıblar... 90 faizi idarənin işini biz görürük... Xahiş edirəm, mənə kömək edəsiniz...

Üzeyir Məmmədov adlı işçi isə belə bildirir:
"Artıq Lənkəran regionundada, kütləvi işçilərin çıxarılmasına başlanıb. Bu nə zülmdür axı camaata edirlər? Heç bir xəbərdarlıq edilmədən işdən azad edirlər..."

Şərhlər

XƏBƏR LENTİ