SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Tarix:

24-04-2024, 13:34

/ 312 dəfə oxundu.
`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Paytaxtın Yeni Günəşli qəsəbəsində yerləşən "Sahil - S İnşaat" şirkətinin tikdiyi binanın sakinlərinin qalmaqaldan, özbaşınalıqla üzləşməkdən, dələduzlarla mübarizədən heç başı açılmır. Şirkətin dələduz sahiblərinin həbsinə nail olub, ardınca binanın yarımçıq işlərinin böyük hissəsini həll edən, kommunal infrastrukturunun qurulmasında dövlət rəhbərliyindən, I Vitse Prezident Mehriban Əliyevadan dəstək alan bina sakinləri indi də başqa bir dələduzluqla qarşılaşıblar. Bu barədə Anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu dəfə "Azərsu" ASC-nin Suraxanı rayon idarəsinin qəza şöbəsi rəisi Murad Məmmədov onları aldadıb. Belə ki, binanın içməli su təchizatı təmin olunması ilə yanaşı fasilələr olduqda su çənindən istifadə edilməsinə üçün sakinlər kömək istəyib. İdarənin qəza şöbəsi rəisi Murad Məmmədov da su hovuzundan mənzillərə suyun verilməsini təşkil etmək məqsədi ilə sakinlərdən 1000 manat alıb. Lakin pulu aldıqdan sonra qəhətə çıxıb. Sakinlər onunla əlaqə saxlaya bilmirlər. Onlar "Azərsu" ASC-nin Suraxanı idarəsinin rəisinə yaxınlaşıblar. Amma idarə rəisi deyib ki, Murad Məmmədov yoxdur və işə gəlmir. Sakinlər anlayıblar ki, daha bir dələduzla üzləşiblər. Amma əvvəl şirkət sahibləri idisə, indi dövlət qurumunun nümayəndəsi vətəndaşların pulunu alıb onlara yalan bəd verib. Bu dələduzluq faktı ilə bağlı sakinlər DİN rəhbərliyindən kömək istəyir. Həmçinin, "Azərsu" rəhbərliyinin şöbə rəisinin bu əməli ilə bağlı daxili təhqiqata başlanması haqda tapşırıq verməsi tələb olunur. Göründüyü kimi, bir dəfə dələduzluq qurbanı olmuş 165 ailəyə dövlət dəstək verdiyi halda, dövlətin bir idarəsinin şöbə rəisi 1000 manat alıb aradan çıxıb.

anaxeber.info 

Şərhlər

XƏBƏR LENTİ