SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə hər zaman lider faktoru olub

Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə hər zaman lider faktoru olub

Tarix:

23-04-2024, 16:40

/ 397 dəfə oxundu.
Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə hər zaman lider faktoru olub

 
Azərbaycan dövləti doğru və müasir strategiya, ardıcıl atılan addımlar, möhkəm siyasi iradə, xalqın dəstəyi və ədalətli idarəetmə sayəsində bütün çətinlikləri dəf etmək, milli maraqları qorumaq və inkişaf etməyin mümükünlüyünü bütün dünyaya nümayiş etdirdi. Uzun illər ərzində işğal altında olan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləazad edilməsi Azərbaycan dövlətinin milli hədəflərə yönəlmiş gücünün qarşısında heç bir qüvvənin tab gətirə bilməməsini bütün dünyaya nümayiş etdirdi. 
Tarixində ən güclü olan müasir Azərbaycan Respublikası vətənini sevən hər bir azərbaycanlının qəlbində qürür və güc simvoludur. Milli Lider Heydər Əliyevin strategiyası bizim ardıcılı olaraq hər sahədə qələbələr əldə etməmizə və eyni zamanda, əldə etdiyimiz bütün uğurların və qələbələrin səbəbi Heydər Əliyev yoluna və siyasətinə sadiq qalmağımız, onun dövlətçilik prinsiplərini həyatımızın amalı olaraq qəbul etməmiz və bu yolu prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirməmizdir.
Ulu Öndər Heydər Əliyev Rusiya və onun regionları ilə dostluq və mehriban qonşuluq əlaqələri qurulmasını, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın və konstruktiv tərəfdaşlığın möhkəmlənməsini Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən biri hesab edirdi.
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilmişdir.
Dövlət başçımız tədbirdəki çıxışında bildirmişdir ki, “Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.
Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.
Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb”.
Prezident çıxışında həmçinin qeyd etmişdir ki, “Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirmək istərdim. Ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk.
 “Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq”.
 
 
Aynur Xəlilova - politoloq 
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ