“Bu günə kimi dövlət tərəfindən heç bir yardım almamışam” - şəhid anası GİLEY EDİR
Qobustan rayonu, Dərəkənd kənd sakini, şəhid anası İbrahimova Səriyyə Sövkət qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şəhid anası acınacaqlı vəziyyətdə yaşadığını və bu günə kimi dövlət tərəfindən ona heç vaxt yardım olunmadığını bildirir:
“Mən, İbrahimova Səriyyə Sövkət qızı, bir şəhid anası kimi sizdən problemimi işıqlandırmağınızı xahiş edirəm.
3 ildir nəvəmə bildirirlər ki, evinizi tikəcəyik, amma heç bir iş görmürlər. Yaşadığım ev acınacaqlı vəziyyətdədir. Nəvəmlə birgə yaşayıram. Nəvəm də Aprel döyüşlərinin və 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olub.
Oğlum İbrahimov İqbal 1994-cü ildə Ağdamın Sənli kəndində şəhid olub.
Evimizin ucma səbəbi istismar vaxtının keçməsidir. Ev 1961-ci ildə tikilib. Qobustan rayonunda kimin adamı varsa, onlara növbəsiz ev verilir. Əsl ehtiyacı olanlar qalıb qıraqda, kimin imkanı var, onlara ev verilib. Rəsmi qurumlar bu dediklərimi araşdırsalar, həqiqəti görərlər. Xəstə adamam, rahat yaşamaq mənim də haqqımdır. Həyətimdə olan böyük gövdəli ağacları kəsib gediblər ki, gəlib ev tikəcəklər. Gələn, maraqlanan yoxdur”.
Məsələ ilə bağlı Qobustan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...