SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müştəriyə süfrə əvəzinə divar kağızı satdılar... - BU NƏDİ BELƏ?!

Müştəriyə süfrə əvəzinə divar kağızı satdılar... - BU NƏDİ BELƏ?!

Tarix:

13-04-2024, 10:25

/ 305 dəfə oxundu.
Müştəriyə süfrə əvəzinə divar kağızı satdılar... - BU NƏDİ BELƏ?!

" "Araz" Supermarketdən anam stolüstü süfrə alıb. Evdə açdıqda, bizə süfrə əvəzinə oboy (divar kağızı) satdıqlarını gördük". Dia-az.info bildirir ki, bunu öz gileyində Əminə Əhmədova ifadə edib.

"Üzərində “vinil süfrə” yazılıb, lakin vinildən əsər-əlamət yoxdur. Bu bildiyimiz divar kağızıdır" deyə etirazını davam etdirən narazı vətəndaş daha sonra yazır:

"Cığaranın üzərində İdxalçı : ARAZ SUPERMARKET MMC qeyd olunub.

Sualım "Araz Supermarket"ədir : müştəriyə “süfrə” adı altında divar kağızı satmaqınızda məqsədiniz nədir? Bunu alan insan evə gəldikdə, bunun süfrə yox divar kağızı olduğunu görməyəcək... anlamayacaq?

Bu məsələyə aydınlıq gətirməyinizi gözləyirik".(Dia-az.info)




Şərhlər

XƏBƏR LENTİ