SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Maşın üçün müraciətim pensiyamın kəsilməsinə səbəb oldu" - Qarabağ qazisi nazirliyi İTTİHAM EDİR

"Maşın üçün müraciətim pensiyamın kəsilməsinə səbəb oldu" - Qarabağ qazisi nazirliyi İTTİHAM EDİR

Tarix:

3-04-2024, 18:33

/ 279 dəfə oxundu.
"Maşın üçün müraciətim pensiyamın kəsilməsinə səbəb oldu" - Qarabağ qazisi nazirliyi İTTİHAM EDİR

Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 3-cü massivdə yaşayan Qarabağ qazisi Xankişiyev Balaş Atamkişi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. B.Xankişiyev rəsmi qurumlardan şikayətçidir:
“Mən, Xankişiyev Balaş Atamkişi oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirin.

Əlim hər yerdən üzülüb, haqsızlıqla barışmaq çətin gəlir. Bəzi qurumlar "eşitmirəm, görmürəm, bilmirəm" sisteminə keçərək, öz bildiklərini edirlər. Nə xəstəyə əhəmiyyət verən var, nə də müharibə iştirakçısına. Dövr haqq-hesab dövrü olub, bir əlin cibində gəzməlisən.

1982-ci ildə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşam. 1985-ci ildə hərbi xidməti başa vurmuşam. 1992-ci il, mart ayının 17-dən Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü iştirak etmişəm.

02.11.1993-ci ildə döyüş zonasında, N saylı hərbi hissədə xidmət keçərkən 1 saylı Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında müalicə olunmuşam, "qlomerulonefrit" diaqnozu qoyulub. 08.11.1993-cü ildən 07.12.1993-cü ilə kimi müayinə va müalicə olunduğum xəstəlik diaqnozu - "Xroniki qastroduodenit kəskinləşmə mərhələsində, kəskin bronxit" astma xastəlikləri barədə çıxarış epikrizlərim vardır.

1993-cü il, dekabr ayının 15-nə qədər Ələt hospitalında ağciyər və astma bronxit diaqnozu ilə xastaxana şəraitində müalicə almışam. 1994-cü ildə yenə də bir neçə dəfə həmin xəstəliklə əlaqədar xəstəxana şəraitində müalicə olunmuşam.

2012-ci ildə əməliyyat olundum, ürəyimə 2 stend qoyuldu. Hətta evdə də ambulator şəraitdə müalicə almışam.

2015-ci ildə Bakı Şəhəri Mərkəzi Xəstəxanasında 2 dəfə əməliyyat olunmuşam, yenə 2 stend qoyulub. 2016-cı ildən indiyə qədər, hər il "Neftçilər" Xəstəxanasında ambulator şəraitdə müalica alıram.

2019-cu ildən bu günə qədər 2-ci və 3-cü dərəcəli nəfəs çatışmazlığı ilə bir neçə dəfə Ağciyər Xəstəlikləri İnistitunda müayinədən keçmişəm. 2020-ci ilin noyabr ayında "Covid 19" tipli xəstəliyə tutularaq, 15 gün xəstəxanada müalicə almışam. 2022-2023-cü illərdə yenə də Ağciyər Xəstəlikləri İnstitutunda müalicə almışam.

2018-ci ildən 2019-cu ilə qədər həm sosial təqaüd, həm də Prezident təqaüdü alırdım. İkisi bir yerdə cəmi 650 manat edirdi. Lakin 1 il təqaüd aldıqdan sonra kəsildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Mənə bildirdilər ki, guya, həkimin səhvi ucbatından olub. Yəni həkim sənədləri mənim yaşadığım ərazidə yox, Gəncə şəhərində hazırlamışdır. Sanki başqa respublikada hazırlanmışdır. Səhv kimin idi, bilmirəm, amma mənim təqaüdüm dayandırıldı.

Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Uzun aradan sonra - 2020-ci ilin mart ayından 2-ci dərəcəli təqaüd hüququm bərpa olundu. Lakin 2018-2019-cu illərdə aldığım təqaüd, guya, səhv imiş və bu pulları təzə bərpa olunan təqaüdümdən hər ay tutmağa başladılar. Hər təqüddən 50 manat olmaqla, toplam hər ay hesabımdan 100 manat çıxılırdı. Üstəlik, 10 il dövlətə borc verməli olduğumu bildirmişdilər.

2024-cü il, yanvarın 16-da avtomobil növbəsi ilə əlaqədar müraciət etmişdim. Tibbi müayinə olunmam üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırdılar ki, gəl, görək sənə avtomobil düşür, ya yox. Getdim, tibbi müayinə zamanı həyacandan halım qəfil pisləşdi, nəfəs çatışmazlığı baş verdi. Astma üçün olan dərmanlarım üzərimdə olduğundan, özümü sakitləşdirməyi bacardım. Bir neçə həftədən sonra cavab çıxdı ki, mənim təqüdüm dayandırılmışdır.

Bəli, bir çoxları kimi mən də eşitmişdim ki, boş yerə camaatın pensiyasını dayandırırlar. Amma düzü, tam inanmağım gəlmirdi. Necə yəni, xəstənin pensiyası kəsilir?! Dünya başıma fırlandı. Dərmanlar od qiymətinədir. Zəng edib məlumat aldım ki, həqiqətən də həkimlərin rəyinə əsasən, "sağlam" adam imişəmmiş. Maşın üçün müraciətim pensiyamın kəsilməyinə səbəb oldu.

Üzümü yenidən nazirliyə tutdum. Bildirdilər ki, narazılığın var, məhkəməyə ver. Belə çıxır ki, ölənə kimi məhkəmələrdə sürünməliyəm? Təqaüdü kəsilən bir insan iynə-dərmanlarını necə ala bilər? Yəni mənim kimi xəstələri nazirlik ölümə məhkum edir. Nazirliyin bu haqsızlığı bir neçə qazinin ölüm səbəbi olub.
İş yerim, bir yerdən gəlir mənbəyim yoxdur. 58 yaşdan sonra mənə iş verən də yoxdur. Astma çox ağır bir xəstəlikdir. Nəfəs darlığı zamanı ağrılarım çox olur.

Sizdən artıq dərəcədə xahiş edirəm, ya mənim pensiyamın bərpa olunmsına, ya da əvvəlki iş yerim olan "SOCAR" şirkətində işləməyimə dair göstəriş verilsin. Bu yaşımda iynə-dərmanım, yəni yaşamağım üçün maddiyyata ehtiyacım var. Bu yaşda gedim ofisiant işləyim? Axı bu qədərdə haqsızlıq olmaz? Əslində, olur və biz vətəndaşlar da qarşı çıxa bilmədiyimizdən susuruq". 

Şərhlər

XƏBƏR LENTİ