"Bəs, bu adamın iş qabiliyyəti yoxdursa, nə ilə dolansın?" - NARAZILIQ VAR...
Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsinin sakini Quliyeva Güldanə Misir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, övladı Quliyev Ülvi Baba oğlunun pensiyası qanunsuz yerə dayandırılıb:
“Mən, Quliyeva Güldanə Misir qızı, yazaraq bildirirəm ki, uşaqlıqdan aldığı xəsarətə görə oğlum Quliyev Ülvi Baba oğlunun səhhətində ciddi problemləri var. Bu səbəbdən də 2023-cü ilin may ayına kimi ona pensiya verilib. Uşaqlıqdan xəsarət almağına baxmayaraq, üstünə gec düşmüşük, cəmi 5 il pensiya alıb.
Pensiya kəsilən gündən 2 nömrəli poliklinikada komissiyadan dəfələrlə keçmişik, lakin bizə lazımi sənədi vermirlər. Dəfələrlə Əlillərin Bərpa Mərkəzinə yoxlanışa göndəriblər. Oradan da sənədi natamam doldurublar.
Daha sonra bizi 27.09.2023-cü ildə Elmi Tədqiqat Tramotologiya və Ortapediya İnistitutuna göndəriş verdilər. Ordan da cavab verildi ki, sağ qolun ilik kanalı yoxdur, yəni qolda inkişaf yoxdur və 10 sm gödəkdir. Səbəb isə baza sümüyünun yeyilməsidir.
17.11.2023-cü il, saat 12:30-da Əlillərin Bərpa Mərkəzində yoxlanışdan sonra həkim dedi ki, oğlunuza pensiya düşə də bilər, düşməyə də.
Bəs, bu adamın iş qabiliyyəti yoxdursa, nə ilə dolansın? İmtina verilməsi düzgün deyil. Mən xahiş edirəm ki, yenidən müayinələr keçirilsin və oğlumun pensiyası təmin olsun".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...