XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Oliqarx məmurun Azərbaycanı silkələyən oğlu dünyasını dəyişdi

Oliqarx məmurun Azərbaycanı silkələyən oğlu dünyasını dəyişdi

Oliqarx məmurun Azərbaycanı silkələyən oğlu dünyasını dəyişdi
25-07-2017, 15:31

Azərbaycan Xarici İşlər Nazirliyinin ən səlahiyyətli məmurlarından olan Nurpaşa Abdullayev ağır itkiylə üzləşib.

Onun oğlu Nicat Abdullayev dünən vəfat edib.

Məlumat üçün bildirək ki, mərhum Nicat Abdullayevin adı bir müddət əvvəl qalmaqallı hadisələrdə hallanırdı. Mərhum avtoxuluqanlıq etdiyi üçün həbsə atılmış və bu hadisədən sonra onun atası Nurpaşa Abdullayevin də işdən uzaqlaşdırılacağı barədə məlumatlar mətbu orqanlarda dolaşmağa başlanmışdı. Zira o dövrlərdə övladlarının adları müxtəlif hadisələrdə hallanan məmurların Prezident İlham Əliyev tərəfindən cəzalandırılması ənənəvi hal halmışdı. Rəhmətlik Nicat Abdullayev də dəfələrlə müxtəlif qalmaqallarla yadda qaldığından, bunun ağır bədəlini atası - Xarici İşlər Nazirliyinin şöbə rəsi Nurpaşa Abdullayevin vəzifəsindən uzaqlaşdırılmaqla ödəyəcəyi güman olunurdu. Mətbu orqanların bu mülahizələri isə özünü doğrultmamışdı.

“Yeni Musavat” qəzetinin 24.05.2016 tarixli ““Avtoş”un məmur atasının işdən qovulacağı gözlənilir” sərlövhəli yazısında qeyd olunduğuna görə, Nurpaşa Abdullayev həm də ölkənin ən böyük bisnesmenlərindən biri kimi tanınır: “Məlum olub ki, o, həm Xarici İşlər Nazirliyində şöbə rəisidir, həm də bazar sahibidi. N.Paşayev 3-cü mikrorayon bazarının sahiblərindən biridir”.

Bütün hallarda övlad itkisi böyük dərddir. Biz də redaksiya olaraq, N. Paşayevə başsağlığı veririk.

Ovqat.com
Oliqarx məmurun Azərbaycanı silkələyən oğlu dünyasını dəyişdi
Oliqarx məmurun Azərbaycanı silkələyən oğlu dünyasını dəyişdi
Oliqarx məmurun Azərbaycanı silkələyən oğlu dünyasını dəyişdi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.