SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

Tarix:

26-03-2024, 14:39

/ 407 dəfə oxundu.
Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

Hazırda Siciliyada olan Abşeron-Xızı RTİ rəhbərliyi əmrlərini net olaraq verdiyi deyilir.

Bakunews.az xəbər verir ki, Mərhum Ulu Öndər Heydər Əliyevin vəfatından sonra Birinci- Vitse Prezident Mehriban xanım Əliyevanın təşəbüsü ilə yaradılan “Heydər Əliyev” fondu Azərbaycan xalqının bir çox problemlərinin həlində mühüm rol oynamışdır. Məhs bu səbəbdən regionlarda və paytaxda çözüm tapılmayan məsələlərdə xalq “Heydər Əliyev” fonduna müraciət edərək həll edilməyən məsələlərin kökündən həlinə nail olur. “Heydər Əliyev” fondu Azərbaycan gəncliyinin müasir şəraitdə təhsil alaraq xalqa dövlətə yararlı nəslin yetişməsindədə yetərli sayda layihələrə imza atmışdır. Bu layihələrdən ən əsası isə qəzalı təhsil ocaqlarının yerinə modul tipli və ya yenidən tam təşəbüslü məktəb binalarının tikintisidir. Bu layihələr sayəsində valideynlərin övladları üçün narahatçılıqları tamamilə aradan qaldırılmışdır. Lakin bu günlərdə Sumqayıtda narahat olan bir qrup valideynlər dərhal “Heydər Əliyev” fonduna media vasitəsi ilə müraciət etmək qərarı alıb. Beləki onlara yaradılan çətin durumlarla bağlı Fondun məlumatlandırılması və təyinatından kənar istifadəyə hazırlanan məktəblə bağlı narahatlıqların dilə gətiriblər. Yaranan problem əslində ilk və son hesab edilmədiyin deyən sakinlər keçən ildə bu halın baş verdiyini məhs “Heydər Əliyev” Fondunun məsələyə müdaxiləsi vətəndaşlara yaradılan problemin dərhal aradan qalxmasına səbəb olmuşdu. Bu gün isə bir il keçməsinə baxmayaraq yenidən eyni problemlə üz-üzə qalıblar.

Sumqayıt şəhər 4-cü mikrarayonda yerləşən “Heydər Əliyev” Fondunun tikdirdiyi 20 saylı Tam Orta Məktəb müəmmalı şəkildə dağıdılır. Beləki redaksiyamıza edilən şikayətdə qeyd edilir ki, çox saylı şikayətlərimizi nəzərə alaraq əhalinin təlabatına görə “Heydər Əliyev” Fondu tərəfindən orta məktəb binası inşa edilib. Lakin Abşeron-Xızı Regional idarənin rəhbəri Sİciliya adalarından əmrləri sayəsində orta məktəbin daxilində arakəsmələr kəsilməklə Musiqi məktəbi binaya köçürülür. Qeyd etməliyik ki çox saylı etiraza səbəb olmasına baxmayaraq İlhamə Abdullayeva məqsədindən geri çəkilmək niyətində deyil. 20 saylı Sumqayıt Məktəbinin şagirdləri sənədlərdə 14 saylı məktəbin korpusunun şagirdləri kimi qeyd edilməklə fəaliyyətin davam etdirib deyə müəllimin səs yazısında qeyd edilir. 14 saylı məktəbin inzibati binasının köhnə olması və şəraitsizliyi səbəbindən şagir tutumuna görə təmin edə bilməməsi səbəbindən tikilmiş yeni inzibati bina müsiqi məktəbinə təhvil təslim edilir. Bayramla əlaqədar verilən tətil ərəfəsində heç kəsin müdaxilə etməməsi və digər dövlət qurumlarının məsələdən xəbərdar olmaması üçün bu günlərdə prosseslər yekunlaşmaqdadır. Sinif rəhbərlərinə valideynləri məlumatlandəırmaq tapşırığı verməkdə yadan çıxmayıb. Odur ki, şagirdlər normal şəkildə binanın əsas girişindən deyil arxa qapısından sinif otaqlarına keçməsi tapşırılır. Həmçinin qeyd edilir ki, 14 saylı məktəb vaxtı ilə baxça kimi fəaliyyət göstərib. Lakin aparılan islahatlar əhali tərəfindən etirazla qarşılanması regional təhsil idarəsinin kefini belə pozmur. 14 saylı məktəb binasının həmçinin qəzalı olması valideynləri tədirgin edir. Onlar övladlarının həmin qəzalı binada təhsil almasının əleyhinədirlər. Odur ki, Heydər Əliyev fondunun rəhbərliyindən məslə ilə bağlı onlara yardım edilməsni xahiş edirlər. Valideynlər son ümid yerlərinin “Heydər Əliyev” fondu olduğunu məsələyə onların müdaxiləsi olmasa övladlarımız yenədə şəritsiz və acınacaqlı durumda olan qəzalı binada təhsil almalı olacağın bildirir. Həmçinin qeyd edək ki, Regional idarə rəhbəri və ona yaxın direktorlardan bir neçəsi Həmkarların maliyyələşdirməsi ilə tətil üçün Siciliya adalarına yolanıb.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.(Bakunews.az)
Araşdırmamız davam edəcək…
 

Şərhlər

XƏBƏR LENTİ