Kənd təsərrüfatının ƏJDAHASI... durub suyun üstündə... - BELƏ DAVAM EDƏRSƏ...
Şəkinin Böyük Dəhnə kənd sakini Elməddin Quliyev narazılıq edir. Dia-az.info bildirir ki, bu barədə şikayətçi düşən Şəki sakini 4 hektar sahədə əkin apardığını bildirir.
Deyir ki, taxıl sahəsi mart ayında ikinci dəfə suvarılmalıdır, ancaq hələ ona su çatmayıb. Ötən il suvarmada ciddi problem yaşayıb, bu ildə eyni halın davam etdiyini deyir:
“Ötən il beş dəfə Su Meliorasiya İdarəsinə xəbər göndərdim ki, kəndimizdə canlılar, əkin susuzluqdan əziyyət çəkir. Kəndimizdə 1200 ev təsərrüfatı var. Su olmadığına görə, onun 800-ü gündə 4 manat zərər görür.
Yay aylarında, demək olar ki, ayda 3 dəfə su gəlir, o da şikayətdən sonra. Dağlara yağan qarın suyundan Dəhnə çayı vasitəsilə götürürük. Sözsüz ki, çayın kənarında məmurların fındıq, şaftalı, ərik bağları var. Yəni yay aylarında əjdahanın ağzından qalan su ilə qidalanan kənd sakinləriyik.
Su idarəsində bir hektar sahənin suvarma xərci beş manatdır, mənə çatana qədər on manat olur. Daim su olsa, növbəli əkin əkərəm, suvararam, həm sataram, həm dolanaram”.(Dia-az.info)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...