Xəzərin icra başçısı qanun-manun HƏRLƏMİR?.. - ÖZBAŞINALIQ!
Bir müddət əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Məfkurə Mustafayeva evinin dağıdılması, torpağının zəbt ediməsindən sonra ona dəymiş maddi-mənəvi zərərin ödənilməsi, habelə mülkiyyət hüquququnun tanınması tələbi ilə məhkəmədə iddia qaldırıb.
Qeyd edək ki, vətəndaşın başına gətirilən inanılmaz olay haqqında Gununsesi.info-ya istinadla material dərc etmişdik.
Həmin şikayətində vətəndaş bildirirdi ki, onun başına ağılagəlməz oyun açılıb. Belə ki, Mustafayeva 48 saat polis şöbəsinə dəvət edilərək “şübhəli şəxs” kimi saxlanılıb. Sərbəst buraxılandan sonra içərisində əşyası olan evinin dağıdıldığının və torpağının zəbt edildiyinin şahidi olub.
Hazırda mülkiyyət hüququnun müdafiəsi üçün məhkəmə qapılarında qalan çarəsiz vətəndaş yeni problemlə üzləşib.
Belə ki, saytımız vasitəsi ilə Azərbaycanın Məhkəmə -Hüquq Şurasının sədri İnam Kərimova və Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova müraciət edən Məfkurə Mustafayevə məhkəmə predmenti olan torpaq sahəsində tikinti işlərinin aparıldığını deyib: “Bugün hardasa daşı-daş üstünə qoymaq mümkün deyil. Xəzər Rayon İcra Hakimiyyətinin başçısın xəbəri olmasa orada kimsə nəsə edə bilməz. İllərlə içərisində yaşadığım evimi dağıdıb, torpağımı zəbt ediblər. Ortada məhkəmə prosesi gedir. Heç bir hüquqi sənədi olmayan adamlar yerimi zəbt edib, sonra öz yaxınları adına saxta alqı-satqı ediblər. İndi orada tikinti aparılır. Bu qanunsuzluğu aradan qaldırmaq lazımdır. Mən Azərbaycanın Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova xahiş edirəm ki, Xəzər Rayon Rayon Məhkəməsinin həmin ərazidə tikintinin dayandırılması üçün müvafiq addım atılmasına köməklik etsin. Məhkəmə tikintinin dayandırlması üçün icra hakimiyyətinə xüsusi qərardad göndərməlidir”.
Vətəndaş icra başçısından da ölkə rəhbərliyinə ayrıca şikayət edəcəyini deyb.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...