Botanika və Zoologiya İnstitutlarına yeni direktor təyin ediləcək
Azərbaycanda Elmi İnstitutların fəaliyyəti istiqamətində ciddi islahatlar həyata keçiriləcək.
Xalqxeber.az xəbər verir ki, artıq bu istiqəmətdə əməli addımlar atılmaqdadır.
Ötən gün Azərbaycan Milli Elmlər AKademiyasının tabeliyində fəaliyyət göstərən altı İnstituta yeni direktor təyin edildi.
Əldə etdiyimiz məlumata görə elmi İnstitutlarda kadr dəyişiklikləri Elm və Təhsil Nazirliyinin tabeliyində olan təşkilatlarda da aparılacaq.
Elm və Təhsil nazirliyinin tabeliyində olan İnstitutlara savadlı, müasir, həqiqi elmi nailiyyətlərə can atan və PR siyasətini təşkilatlarının əsas prioritetinə çevirməyi bacaran gənclər gətiriləcək.
Nazirlikdəki mənbədən əldə etdiyimiz məlumata görə yeni direktorlar təyin ediləcək İnstitutların siyahısında ilk olaraq Bitanika və Zoologiya İnstitututlarının adları gəlir.
Bu İnstitututların fəaliyyətinin zəif olduğu bildirilir.
Bitanika və Zoologiya İnstitututlarında baş verıən qanunsuzluqlar barədə aidiyyatı qurumlara çoxsaylı şikayətlərin ünvanlandığı da məlumatlarda iddia edilir.
Qeyd edək ki, hazırda Botanika İnstitutuna Səyyarə Abdullayeva, Zoologiya İnstitutuna isə Ələddin Eyvazov rəhbərlik edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...