SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » YAP - regionun böyük siyasi partiyası

YAP - regionun böyük siyasi partiyası

Tarix:

28-02-2024, 15:30

/ 228 dəfə oxundu.
YAP - regionun böyük siyasi partiyası

 
1991-ci ildə yеnidən öz müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrini Yenı Azərbaycan Partiyasının rəhbərliyi, təşkilatçılığı altında ölkənin bu günü və gələcəyinə tətbiq edə bildi. Ötən müddət ərzində ölkəmizdə istər milli dövlətçilik, istərsə də sоsial-iqtisadi, mədəni quruculuq və təhsil sahələrində əsaslı islahatlara başlanılmış, ən başlıcası isə hərtərəfli inkişafı təmin еdən islahatların aparılmasının hüquqi-nоrmativ bazası yaradılmışdır. Ulu Öndərin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqilliyimizin ilk çətin illərində başlanan fəaliyyəti  mühüm məsələlərin həllini sürətləndirdi və vətəndaş qarşıdurması mühitini aradan qaldırdı.
Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox üzvü birləşdirir. YAP nəinki Azərbaycanda, regionda ən güclü siyasi gücə çevrilib.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında çıxış edən Prezident İlham Əliyev  bildirmişdir ki, YAP Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. 
Prezident İlham Əliyev ölkəmizdə aparılan siyasi dialoqun  əhəmiyyətindən danışaraq qeyd etdi ki, siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir. 
 
                                                         
Türkan Cümşüdova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ