Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq - İDDİA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün hökümətin yeni tərkibini təsdiqlədi. Uzun illər Azərbaycan hakimiyyətində təmsil olunan 2 məmur - Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifələrini itirdilər.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, hakim komandada dəyişiklik bununla yekunlaşmayacaq. Qarşıdakı aylarda, ən gec 2024-ün sonuna kimi daha bir neçə nazir və yüksək rütbəli məmur vəzifəsi ilə vidalaşacaq. Məlumatlı şəxslər bu siyahıda ilk sırada Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin adını çəkirlər.
Mənbə deyib ki, hakimiyyət daxilində yeniləşmə və dəyişiklik müntəzəm aparılacaq, vəzifə səlahiyyətlərini aşan, göstərilən etimadı doğrultmayan məmurlar mütəmadi qaydada cəzalandırılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...