Səfər Mehdiyevin qohumu olan polkovnik DGK-ni məhkəməyə verdi - İşdən niyə çıxarılıb?
Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin keçmiş nümayəndəsi (gömrük attaşesi) Əliqulu Cəfərovla qurum arasında əmək münasibətlərinə dair mübahisə yaranıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, Əliqulu Cəfərov bu mübahisədən dolayı DGK-ni məhkəməyə verib.
İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Əliqulu Cəfərov verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Kamran Əkbərovun icraatındadır.
İddialara görə, Əliqulu Cəfərov işə bərpa olunmasını istəyir. Başqa məlumatda isə mübahisənin əmək və məzuniyyət haqqı ilə bağlı olduğu iddia olunur.
Əliqulu Cəfərov DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın qohumu olduğu bildirilir. O, 2020-ci ildə Səfər Mehdiyevin müvafiq əmri ilə Azərbaycanın Türkiyədəki səfirliyində gömrük attaşesi vəzifəsinə təyin edilib.
Gömrük polkovniki olan Əliqulu Cəfərov buna qədər DGK-nın Daxili təhlükəsizlik idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri olub. Onu Şahin Bağırov əvəzləyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək