SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azər Süleymanovun rüşvət və “Karusel” əməliyyatları – VİDEOFAKT

Azər Süleymanovun rüşvət və “Karusel” əməliyyatları – VİDEOFAKT

Tarix:

24-07-2017, 09:20

/ 62 602 dəfə oxundu.
Azər Süleymanovun rüşvət və “Karusel” əməliyyatları – VİDEOFAKT

Bir müddətdir ki, ölkənin KİV-də, o cümlədən sosial mediyada, telexəbərlərdə malqaranın xəstəliklərdən kütləvi qırılması, habelə sosial şəbəkələrdə ölkəyə yararsız vaksininin gətirilməsi nəticəsində mal-qaranın dabaq xəstəliyinə tutulması, baytar həkimlərini respublikada nə qədər ət dükanı varsa hamısından hər ay qanunsuz pul yığdırmağa məcbur edilməsi barədə xəbərlər yayımlanmaqdadır. Dövlət Baytarlıq Xidməti və onun rəhbəri haqda mediada yazəlan və video faktlarla sübut olunan bəzi məqamları diqqətə çatdırırıq.
Əlil qalmaqalı və xidmət rəisinin nazir iddiası
Mediada yer alan məlumatların birində göstərilir ki, ölkənin baş baytarı Azər Süleymanov əlil olmasının mətbuata çıxmasından narahat olmadığını deyərək vəzifəsində qalacağını söyləyib. İddia olunur ki, “Xidmət rəisi buna misal kimi sabiq kənd təsərrüfatı naziri, baş nazirin müavini İsmət Abbasovu işçilərinə göstərib.A.Süleymanovun özlərinə görə, İ.Abbasovun da bir böyrəyi var, amma prezident onu işdən azad etməyib”. Xidmət rəisi əslində, həqiqəti söyləyib. Ancaq bildirək mi, onun böyrəyini öz övladına verdiyi də sirr deyil və olduqca humanist, bir atanın atacağı addımı atıb. Dövlət Baytarlıq Xidməti rəisi isə əlil olduğu halda vəzifəyə gətirilib və özünü İ.Abbasova oxşadaraq işçilərinə bildirib ki, postunu tərk etməyəcək. Ancaq I qrup əlil olan bir şəxsin Dövlət Baytarlıq Xidmətinin rəisi işləməsi anlaşılmazdır. İddia olunur ki, A.Süleymanov bu məsələni ictimaiyyətdən gizli saxlayıb.
Baytarların sahibkarlara rüşvət kabusu
Dövlət Baytarlıq Xidməti və onun rəhbəri ilə bağlı yayılan məlumatların böyük əksəriyyətini rüşvət iddiaları təşkil edir. Bildirilir ki, Xidmət rəisi Azər Süleymanov MTN və Vergilər Nazirliyindən sonra iş adamlarının bəlasına çevrilmiş üçüncü qurumarəhbərlik edir. Sahibkarların obyektlərində aparılan yoxlamalar zamanı ət məhsullarının yarasız olması adı ilə qanunsuz ödəmələr tələb edilir. Prezident iş adamlarına əlverişli şərait yaradılmasına tapşırıq verib, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılır. Amma A.Süleymanovun işçiləri özlərini MTN çetesi kimi aparırlar. Bununla bağlı mediaya bəzi video materiallar da təqdim olunub. Onlardan birini diqqətinizə çatdırırıq:
Baş baytarın “Karusel” əməliyyatı
Azər müəllim qanunsuz əməllərinə qadağa qoyulmadığından əvvəllər Göygöl rayonunda aylıq maaşı 320 manatla baytarlıq idarəsinin rəisi işləyərkən tikdirdiyi “KARUSEL” İSTİRAHƏT MƏRKƏZINDƏN gələn gəlir gözünə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis keçdikdən sonra çox az görsəndi. O, daha irəli gedərək Vətəndaşların “qeydinə” qalaraq artıq “KARUSEL” İSTİRAHƏT MƏRKƏZININ yanında HOTEL inşaası üçün Gəncə şəhər memarlarına layihə də hazırlatmışdır. Bu günlərdə “Azər Süleymanov baytar seminarının pulunu “Karusel”də silir başlığı ilə gedən məqalədən sitat:
“Belə ki, hər il Qərb zonasının regional mərkəzi olan Gəncədə təşkil edilən tədbirlər bu dəfə Göygöldə olub. Buna səbəb də A.Süleymanovun Göygöldən olmasıdır. DBX rəisi Göygöldə yerləşən “Karusel” istirahət mərkəzində baytarlar üçün təlim təşkil etdirib. Çünki iddialara görə, həmin istirahət mərkəzi baş baytara məxsusdur”. Sizə təqdim edilən foto və videoda göründüyü kimi HOTELIN əzəmətli “GİRİŞ QAPISI” hazırdır.

cumhuriyyet

Şərhlər

XƏBƏR LENTİ