SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eyvaz Hüseynov narazı sakinləri təhdid edib? - Görünəni odur ki...

Eyvaz Hüseynov narazı sakinləri təhdid edib? - Görünəni odur ki...

Tarix:

12-02-2024, 12:39

/ 177 dəfə oxundu.
Eyvaz Hüseynov narazı sakinləri təhdid edib? - Görünəni odur ki...

"DogruXeber.az" xəbər verir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında, ötən həftənin şənbə günü yenə Xocavənd rayon sakinlərinin hələ də davam edən problemləri müzakirə olunub.

Proqram ilə canlı bağlantı yaradan Xocavənd sakini, eyni zamanda müharibə veteranı Eldəniz Məmmədov bildirib ki, "Xocavənd rayon icra hakimiyyəti "sən demə, iş üçün müraciət edən bəzi şəxsləri yerli məşğulluq idarəsinə göndərir və özləri də məşğulluq idarəsinə tapşırıq verirlər ki, yalnız onların göndərdikləri adam işlə təmin olunsun. Təbii ki, bunu da öz maraqları xatirinə həyata keçirirlər".

Ətraflı videoda:



Yeri gəlmişkən, qeyd edək ki, canlı yayım zamanı Xocavənd sakini olduğunu deyən, Mirzağa Nağıyev adlı şəxs, yayımın şərh bölməsində, sözügedən rayonda bəzi dövlət idarələrində işə düzəlmək üçün müxtəlif məbləğlərdə rüşvət tələb olunduğunu yazıb.

Bundan əlavə, icra başçısı Eyvaz Hüseynovun dostu , eyni zamanda müavini Əfsanə Quliyevanın atası olan Ələddin Quliyevin geniş istirahət parkının ərazisini zəbt edib, parkı məhv edərək, orada restoran inşa etdirdiyini də Mirzağa Nağıyev adlı istifadəçi yayımın şərh bölməsində vurğulayıb. Maraqlıdır ki, Mirzağa Nağıyevin yazdığı məlumatları canlı yayımda olan Eldəniz Məmmədov və şərh bölməsində olan digər Xocavənd sakinləri də təsdiqləyib.

Həmçinin, sakinlər istər içməli sudan, istərsə də təsərrüfatlarını suvarmaq üçün sudan əziyyət çəkdiklərini də bildiriblər.

İcra başçısının müavini Azər Süleymanovun geniş taxıl tarlalarının görüntülərini redaksiyamıza göndərən Eldəniz Məmmədov bildirib ki, suvarma zamanı su Azər Süleymanovun və Eyvaz Hüseynovun "səxavət"indən bəhrələnən digər məmurların əkin sahələrinə yönəldildiyi üçün, digər yerli sakinlərin təsərrüfatı susuzluqdan məhv olur.

Bəli, Xocavənd sakinlərinin gileyləri şsizlikdən başlayıb, torpaqsızlıqdan, susuzluqdan, dərman çatışmazlığından, həkim səhlənkarlığından və sair yol keçərək, Eyvaz Hüseynovun "Kanal14"ə çıxanlar və baxanlar barəsində "tədbir görəcəyi" ilə təhdid etməsinə qədər uzanır. Amma, deyəsən hələ bu da son deyil. Əgər, Eyvaz Hüseynov həqiqətən də sakinlərin iddia etdiyi kimi, kanalımıza çıxmalarına görə onları təhdid edibsə, onların barəsində "tədbir görəcəyini" deyibsə, bu o, deməkdir ki, bu rayondan hələ çooox məlumatlar, müraciətlər, şikayətlər olacaq.

Maraqlıdır ki, 32 illik icra başçısı təcrübəsi olan Eyvazov, illərdir ki, israrla tələb etmələrinə rəğmən, onların mövcud problemlərinin aradan qaldırılması barəsində heç bir tədbir görməyib (hər halda sakinlər özü belə deyir), amma kanala çıxanın barəsində tezliklə tədbir görəcəyini deyir?

Burdan da belə çıxır ki, Eyvaz Hüseynov idarəçiliyində olan rayonda baş verən, mövcud olan və narazılıq yaradan bütün problemlərdən xəbərdardır, amma o, problemlərin aradan qaldırılması üçün tədbir görmək yerinə, narazı sakinləri susdurmaq üçün tədbir görəcəyini deyir.

Şərhlər

XƏBƏR LENTİ