Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI... - İLGİNC FAKT
Az əvvəl Naxçıvanın Kənd Təsərrüfatı naziri əvəzi Xəyalə Dadaşova ilə bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik.
Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur – ŞOK İDDİA
Dia-az.info bildirir ki, məsələ ilə əlaqədar yeni faktlar üzə çıxıb. Bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Jurnalist bildirir: "Ən maraqlısı nədir, bilirsinizmi? Naxçıvanın Kənd Təsərrüfatı nazir əvəzi Xəyalə Dadaşova təkcə nazirliyin hüquqşünası Gülşən Hacıyevanı işdən azad etməyib. Onu və nazirliyin aparat rəhbəri Zəkəriyyə Gözəlovu 5 nəfəri qanunsuz işə götürdüyünə görə vəzifələrindən uzaqlaşdırıb. Üstəlik, həmin 5 nəfəri də onların gözünə qatıb. Qısası bir əmrlə 7 nəfərin işinə xitam verib.
Daha sonra isə işdən çıxardığı 5 nəfəri yenidən işlərinə qaytarıb. Gülşən Hacıyeva və Zəkəriyyə Gözəlov isə indiyədək bütün instansiyalara baş vurmalarına baxmayaraq bu səadətə qovuşa bilmirlər.
Adama deyərlər, əgər o 5 nəfərin işlə təminatı qanunsuz idisə, onda özün niyə yenidən həmin səhvə yol veribsən? Yox əgər qanuni idisə, niyə onları işə götürənləri cəzalandırırdın?"![]()
![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək