SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Agentlik bu şəxsdən 3,3 milyona hazır yeməklər alacaq - DETALLAR

Agentlik bu şəxsdən 3,3 milyona hazır yeməklər alacaq - DETALLAR

Tarix:

25-01-2024, 20:02

/ 456 dəfə oxundu.
Agentlik bu şəxsdən 3,3 milyona hazır yeməklər alacaq - DETALLAR

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilən tender müsabiqənin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə Ziyafət Fərzəliyev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxsləri hazır yeməklə təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev bir il müddətində həftədə 7 gün olmaqla 319 min 667 ədəd hazır yemək satacaq. Bu yeməklərin 285 min 357 ədədi böyüklər, 34 min 310 ədədi uşqalar üçün nəzərdə tutulur.
Agentlik satın alacağı yeməklər üçün Ziyafət Fərzəliyevə 3 milyon 336 min 258 manat 19 qəpik ödəyəcək.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi 1 ədəd yeməyin orta qiyməti 11,4 manat olacaq.
Məlumat üçün onu da bildirək ki, ötən il də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslər üçün hazır yeməkləri Ziyafət Fərzəliyevdən alıb. 2023-cü ildə Ziyafət Fərzəliyev Agentliyə 1 milyon 828 min 536 manat 85 qəpik qarşılığında 175 min 200 ədəd hazır yemək satıb.
Bundan başqa Ziyafət Fərzəliyev 2022-ci ilin dekabrında Sosial Xidmətlər Agentliyinin 6 milyon 422 min 706 manat 8 qəpiklik tenderində də qalib olub. O bu məbləğin müqabilində bir il müddətində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla ümumilikdə 617 min 215 ədəd hazır yemək təqdim edib.

Şərhlər

XƏBƏR LENTİ