“Ovçular” kolbasa-sosislərindən şikayət çoxdur – Ekspert açıqladı
Ölkədə standartlara uyğun, əla növ kolbasa və sosiaslər istehsal edən çox az sayda şirkət, müəssisə var. Yüzlərlə kolbasa növü satışa çıxarılsa da, onlardan cəmi 2-3 şirkətə adi olanlar məsləhət görülür. Hazırda ən çox şikayət “Ovçular” firmasına aid məhsullarla bağlıdır.
Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, “Ovçular”la bağlı gün ərzində birliyə tez-tez telefon zəngləri daxil olur:
“O müəssisədə vəziyyətin necə olmasından məlumatımız yoxdur. Şikayətlər də müəssisənin normal işləməməsi qənaətini gücləndirir. “Ovçular” kimi bir çox müəssisə var ki, məhsullarının üzərində etiket olmur və ya etiketə yanlış məlumatlar yerləşdirirlər. Bu məhsulları almaq məsləhət görülmür.
Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi də bu gün ancaq belə məhsulların üzərindəki etiketlə tərkibin uyğunluğunu yoxlayır. Keyfiyyət məsələsi demək olar ki, tamamilə kənarda qalıb. Təəssüf ki, keyfiyyətsiz məhsul da təhlükəlidir”.
E.Hüseynov bildirib ki, həmçinin xaricdən gətirilmiş kolbasa və sosislər də məsləhət görülmür:
“Xüsusilə Rusiya və Belarusiyadan gətirilən belə məhsulların hansı müəssisələrdə hazırlanması haqda bilmirik”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb