Rusiya F-16 qırıcılarından niyə bu qədər qorxur?
- 14-01-2024, 10:20
- 362
Bu sözləri hərbi pilot-təlimatçı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, çox güman ki, Ukrayna F-16-ları radar sistemləri ilə birlikdə alacaq ki, bu da havada bu təyyarələrə qarşı müqaviməti faktiki olaraq sıfra endirəcək:
“F-16 ruslar üçün təhlükəlidir, çünki bu təyyarə düşmən təyyarələrinə, eləcə də yerüstü vasitələrə - HHM sistemlərinə qarşı istifadə oluna bilən onlarla raketdən ibarət buraxılış platformasıdır.
Xüsusilə, Krım da daxil olmaqla, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hava hücumundan müdafiəsinə qarşı çıxmaq mümkün olacaq. Həmçinin F-16 ilə birlikdə uzaqmənzilli raket sistemləri yerləşdirilsə, düşmən təyyarələrini məhv etmək mümkün olacaq. O zaman rus pilotlar döyüş xəttinə 150-200 kilometr yaxınlaşmağa qorxacaqlar”.
O bildirib ki, düşmənə havadan bu cür təzyiq Ukrayna qoşunlarının quru bölmələrinə ən azı ön istiqamətlərdən birində fəal işləməyə imkan verəcək və quru texnikası daha sürətlə irəliləyəcək:
“Ruslar bütün bunları çox gözəl başa düşür və hesablayırlar. Təbii ki, hazırlaşırlar. Hazırlıq variantlarından biri F-16-ların nəzəri olaraq enə biləcəyi aerodromları məhv etmək və ya heç olmasa onlara çatmaqdır".