Elman Rüstəmovun şirkətinə yarım milyonluq sifariş - Agentlik işçilərinə "Toyota" alır
Dövlət Məşğullu Agentliyi "Abşeron Toyota Mərkəzi” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 589 050 AZN təşkil edən müqavilə Agentliyin Aparatı üçün sedan tipli nəqliyyat vasitələrinin satın alınması ilə bağlıdır.
Şirkət qurumun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
Şərtlərdən aydın olur ki, Agentlik 9 ədəd avtomobil almaq niyyətindədir.
Dövlət Məşğullu Agentliyi ötən ay da "Toyota Abşeron Mərkəzi” MMC ilə satınalma müqaviləsi imzalayıb. Bu müqavilə 3 ədəd nəqliyyat vasitəsinin alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 321 440 AZN-dir.
Beləliklə, Agentlik iki ay ərzində şirkətə 1 milyon manata yaxın sifariş verib.
"Toyota Abşeron Mərkəzi” MMC Mərkəzi Bankın keçmiş sədri Elmar Rüstəmovun biznes imperiyasına daxildir. Bu barədə mediada gedən məlumatlar indiyə qədər təkzib olunmayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb