Mərhum generalla bağlı sensasion faktlar üzə çıxdı
Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edir. Digər təqsirləndirilənlər Fuad Şeydabəyov və Azər Xəlilov haqda isə həbs qətimkan tədbiri seçilib.
Cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Növbəti iclasda ittiham aktı elan edilərək məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.(Qafqazinfo)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək