"AFFA pensiyamı yeyir, halallıq vermirəm” - Veteran futbolçu

"Yeni Sabah" xəbər verir ki, "Kəpəz"in sabiq futbolçusu paylaşımda qazandığı nailiyyətləri qeyd etməklə yanaşı, bu nailiyyətlərə görə ona ayrılan pulun AFFA tərəfindən mənimsənildiyini də vurğulayıb:
“Azərbaycan çempionu - 3 dəfə, gümüş, bürünc mükafatçısı, Azərbaycan bombardiri, "Kəpəz"in heyətində ən çox qol vuran futbolçu, amma işsiz. Veteran futbolçu Oqtay Abdullayev söz verib ki, sənə pensiya verəcəyik, amma 50-ni keçdik, vermədilər, 65-ə qədər nə yeməliyik? Ömrümüzü futbola verdik ki, ac yaşayaq? AFFA Bakıda və Gəncədə müəyyən veteranlara "qızıl pensiya" verir, mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm".