XalqXəbər.Az

XalqXeber.Az » Sosial » AzTV-nin səhmləri ilə bağlı qərarı Mərkəzi Bank verəcək

AzTV-nin səhmləri ilə bağlı qərarı Mərkəzi Bank verəcək

AzTV-nin səhmləri ilə bağlı qərarı Mərkəzi Bank verəcək
22-12-2023, 17:46

  Nazirlər Kabineti 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nizamnaməsində dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, AzTV-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək. İndiyə qədər bu məsələ ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində idi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.