Bakıda mənzildə meyit AŞKARLANDI
Şirvan Apellyasiya Məhkəməsində 2018-ci ildə Masallı rayonunda üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən İdrak Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini tutmuş 1980-ci il təvəllüdlü İdrak Əsədov bu il məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə İdrak Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir-Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin korroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.
Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdiriliblər. Lakin onların üçü də vəfat edib.
Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub. Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs ediliblər. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Bildirilib ki, İdrak Əsədli istintaq dövründə İrana qaçıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək