SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib

Tarix:

15-11-2023, 21:09

/ 359 dəfə oxundu.
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs Tofiq Həsənov barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.

İş üzrə hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.(APA)

İttiham sübut olunarsa general-mayoru 12 ilədək həbs gözləyir.

Şərhlər

XƏBƏR LENTİ