SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu gün Bakıya yağış, rayonlara dolu və qar YAĞACAQ

Bu gün Bakıya yağış, rayonlara dolu və qar YAĞACAQ

Tarix:

19-10-2023, 08:34

/ 298 dəfə oxundu.
Bu gün Bakıya yağış, rayonlara dolu və qar YAĞACAQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz yağışda fasilə olacaq.
 
Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

Şərhlər

XƏBƏR LENTİ