Ağdaş xəstəxanasında ölən 9 yaşlı Seymurun atası danışdı: - "Balamı həkim öldürdü"
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı ilə xəstəxanaya gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Açıqlama verən mərhumun atası Qoşqar Mehralıyev hadisənin təfərrüatını danışıb. O, həkimdən şikayət edəcəyini də bildirib:
"Oğlum Seymur evimizin pilləkənindən yıxıldı, qolu sındı. Əvvəlcə sınıqçıya apardıq. Sınıqçı da qolunu bağladı. Yara sağaldı, amma gördük ki, qolu əyri bitişib. Apardıq rentgenə, sümüklərin əyriliyi təsdiqləndi. Sonra uşağı götürüb, getdim Ağdaşa… İdris həkim dedi ki, əməliyyat olunmalıdır. Əməliyyatı 650 manata danışdıq. Həkimə dedim ki, problem olmaz? Dedi ki, məni bütün Azərbaycan tanıyır. Əməliyyatın heç bir riskinin olmadığını dedi. 10 manat da analizə pul verdim. Bütün iynə-dərmanı da aldırdı. Sonra da narkoz vurub, balamı öldürdü. Uşağın 3 mərasimi başa çatandan sonra həkimdən şikayət edəcəm”.
yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...