ATU-da şıdırğı bazarlıq: Rektor rüşvət, kart və Əli Abbasov işindən necə çıxdı?
Ləğvi gözlənilən Azərbaycan Texnologiyalar Universitetində şıdırğı qış bazarlığı gedir. Tələbələrdən sızan məlumata görə, rektor Akif Süleymanovun idarəçiliyində heç nə dəyişməyib.
Verilən xəbərə görə, qış semestri imtahanlarında yenə də tələbələri soğan qabığı kimi soymağa davam edirlər.
Bir müddət qabaq ATU rəhbərliyinə yönəlik rüşvət iddiaları hüquq-mühafizə orqanlarında araşdırma predmeti idi. Sonra təftişə son qoyuldu və sehirli əllər işi bağladı.
Ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslər və Əli Abbasovun vəzifədən azad edilməsi yenidən bu universitetin başı üzərinə qara buludlar gətirdi.
Eks-nazirin kadrı olan A.Süleymanovun işindən uzaqlaşdırılması gözlənilirdi. Lakin yenə də ATU-nu gəlirli bazar kimi saxlamaq istəyən qüvvələr rektoru xilas etdi.
Bu gün də A.Süleymanovun adı rabitə işi üzrə gedən məhkəmə prosesində hallanmır. Onu himayə edən siyasi dayaqların sarsılmaz olması bu arxayınlığı yaradıb ki, ATU-da rüşvət yığımına davam etmək olar.
Media üzərindən verdiyimiz xəbərə görə, Akif Süleymanovla Əli Abbasov sinif yoldaşı olublar. Rektorun yüksəlişində onun müstəsna xidmətləri olub.
Bir müddət öncə rektor Akif Süleymanovla bağlı qalmaqal yaranmışdı. Belə ki, tələbələrin adına saxta təqaüd kartları açan rektorun məsələnin üstü açılandan sonra qaçması haqda məlumatlar yayılmışdı.
Belə ki, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb.
Araşdırmalar zamanı isə universitetin rektoru Akif Süleymanovun baş mühasiblə əlbir olaraq "Kapital Bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açması təsdiqlənmişdi.
Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb və 2012-ci ildən başlayan bu proses bu ilin maya qədər davam edib.
Həmin vaxt hər kəs rektorun həbs olunacağını gözləsə də bu baş vermədi, o yalnız töhmət almaqla canını qurtara bildi. Həmin vaxt isə rektora sinif yoldaşı Əli Abbasovun yardım etdiyi bildirilir.
Bundan başqa, 2015-ci ilin başlanğıcından rüşvət alaraq universitetə işçi götürüb. 2013-2014 cü illərin iyun-iyul aylarında 50-dən çox işçini azad edən rektor əsassız yerə, onların yerinə rüşvət alaraq digər ixtisası uyğun olmayan şəxsləri işə götürüb. Mövzunu diqqətdə saxlayacağıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək