Təqvimin bu günü - 2017.07.07 - Bu tarixdə nə mistika var...
Günümüz rəqəmlərlə başlayır. Yuxudan oyanan kimi saatlarda əks olunan rəqəmlərə baxırıq, işə tələsərkən avtobusların üzərindəki özümüzə lazım olan rəqəmləri axtarırıq, ödənişlər edən zaman pul əskinazlarının üzərindəki rəqəmlər haqq-hesabımıza kömək edir, tarixə rəqəmlərlə səyahət edir, gələcəyə rəqəm ümidləri ilə boylanırıq. Bir sözlə, günümüzü rəqəmlərin arasında əridirik. Amma bir çoxlarımız rəqəmlərlə bağlı olduqca maraqlı faktlardan xəbərsizik.
Tarix boyu insanlar rəqəmlərə fərqli anlamlar veriblər, rəqəmlərin təkcə riyazi deyil, mistik xüsusiyyətlərə malik olduğunu sübut etməyə çalışıblar. Numerologiya elmi də məhz bundan bəhs edir.
Rəqəmlərin tək və cüt olmasına ayrı-ayrı xalqlarda fərqli münasibət var. Elə Azərbaycanda da həmçinin.
Rəqəmlərdən bəhs etməyimiz təsadüfi deyil. Bugünkü tarixdə bir neçə 7 rəqəminin olmasını önə çəkən bəzi insanlar buna mistik don geyindirməyə, fərqli prizmadan yanaşmağa çalışırlar.
2017.07.07...
Bu günkü təqvim günü Rusiya və Ukraynada nikaha girən cütlüklərin sayı adi günlərə nisbətən 2-3 dəfə artıb.
Rusiya KİV-nə istinadən xəbər veririk ki, 2017-ci ilin 7-ci ayının 7-ci günündə evlənmək istəyən cütlüklər 7 rəqəminin sehrinə inamlarını ifadə ediblər.
Rusiyanın Perm şəhərində 340, Yekaterinburqda 394, Bratskda 53, Cənub-Saxalinskdə - 24, Tatarstanda 1200, Başqırdıstanda 652, Niji Novqorodda 571 və Moskvada 1152 cütlük toyunu bu günə təyin edib.
Evlənmək istəyənlərin sayının çoxluğu səbəbindən nikah evləri axşam saat 22:00-a qədər işləyəcək. Numeroloq Lyubov Pavlenkonun sözlərinə görə, 7 iyul nikaha girmək üçün uğurlu gündür. Amma bu tarixdəki 3 ədəd 7 rəqəminə görə deyil, Venera planetinin bu günü himayə etməsindədir. Bunun sayəsində evli cütlüklərin ailəsində harmoniya və mehribançılıq hökm sürür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...